Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən ordusunu geri çəkmək qərarına gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Birləşmiş Qüvvələrinin komandanlığından məlumat verilib.

Bildirilib ki, NATO-nun rəhbərliyi altında Kosovoda fəaliyyət göstərən Beynəlxalq Sülhməramlı Qüvvələrinin ukraynalı hərbçiləri Kosovodan çıxarılır.

Sənəddə bildirilir ki, hazırda hərbçilərin Ukraynaya qaytarılması üçün tədbirlər görülür.

Buna səbəb Ukrayna prezidenti Volodimir Zelenskinin "Sülhün və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq əməliyyatlarda iştirak edən milli kontingentin və milli heyətin geri çağırılması haqqında" 7 mart 2022-ci il tarixli 114 nömrəli sərəncamı olub.

Ağarza Elçinoğlu