Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Çin xarici işlər naziri Van İ arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu “Twitter“də bildirib.

“Çin xarici işlər naziri ilə ikitərəfli münasibətlərimizi, regional və qlobal hadisələri müzakirə etdik, uyğur türkləri ilə bağlı həssaslığımızı çatdırdıq”, - Çavuşoğlu qeyd edib.