Rusiya Federal Kosmik Agentliyi İran adından kosmosa peykin buraxılacağını açıqlayıb.

"Unikal" xəbər verir  ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada İranın “Xəyyam” peykinin avqustun 9-da kosmosa göndəriləcəyi paylaşılıb.

Açıqlamada İran peyki və Rusiyaya məxsus 16 kiçik peykin Qazaxıstanın Baykonur kosmodromundan Soyuz 2.1b raketi ilə buraxılacağı bildirilib.