Mersinin Topaşır rayonunda meşə yanğını baş verib. Yanğınla mübarizəyə 6 helikopter, 23 yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvə cəlb olunub.

Bu barədə "Unikal" "CNN Türk"ə istinadən xəbər verir .

“Dünən günorta saatlarında Toroslar və Tarsus rayonları arasındakı Topaşir rayonunda meşədə yanğın baş verib. Xəbərdarlıq ilə bölgəyə 6 helikopter, 23 yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvə göndərilib... Yanğına həm yerdən, həm də havadan müdaxilə ikinci gündür davam edir”, - telekanal xəbər verir.

Ərazinin qayalıq relyefi yanğının söndürülməsini çətinləşdirir. Yanğının söndürülməsi zamanı bir yanğınsöndürən qayadan yıxılaraq yüngül xəsarətlər alıb.

Bildirilir ki, iyulun 24-də sözügedən ərazidə yanğın baş verib və əməliyyat bölmələrinin uzunmüddətli səyi nəticəsində yanğın söndürülüb.

Gülayə  Mecid