Belarushərbçiləri Rusiya Federasiyası ərazisində “Şərq-2022” strateji komanda-qərargah təlimində iştirak edəcək.

"Unikal" xəbər verir ki,  bu  barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. 

"Belarus Respublikası Silahlı Qüvvələrindən Qərb Əməliyyat Komandanlığının mexanikləşdirilmiş briqadalarından birinin 250-dən çox hərbçisi cəlb olunacaq. Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda praktiki məşğələlər keçiriləcək",-  deyə məlumatda qeyd olunub. 

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov təlimin rəhbəri təyin edilib.

Gülayə  Mecid