Ermənistan Müdafiə Qüvvələrinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının iştirakçısı Atom Razmiki Harutyunyan (1978-ci il təvəllüdlü) avqustun 3-dən 4-nə keçən gecə yuxuda qəflətən dünyasını dəyişib.

"Unikal"  xəbər verir ki,  bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçinin ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla bağlı araşdırma aparılır.

Gülayə  Mecid