Şri-Lankanın hüquq-mühafizə orqanlarının əməkdaşları enerji qiymətlərinin artırılmasına qarşı etiraz aksiyasının liderlərindən birini, müəllimlərin həmkarlar ittifaqının sədri İosif Stalini həbs ediblər.

"Unikal" xəbər verir ki, Sovet liderinin adaşı, hökumət əleyhinə iğtişaşlarda iştirak etdiyinə görə həbs olunan yeganə həmkarlar ittifaqı lideri deyil.

Bundan əvvəl Şri-Lankanın baş naziri, müvəqqəti prezident olan Ranil Vikramasinqe hərbçilərə ölkədə asayişi bərpa etməyi tapşırmışdı .