Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə keçirilən danışıqlardan sonra birgə mətbuat konfransı Türkiyə tərəfinin qrafikinə görə baş tutmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Ərdoğanla mətbuat konfransı onlar üçün, Türkiyə tərəfi üçün mümkün deyil. Biz əslində hazır idik, Türkiyə tərəfinin qrafikinə görə vaxtında edə bilmirlər”, - deyə o, jurnalistlərə bildirib.