Hindistanın Tamil Nadu ştatında 28 yaşlı gənc mənzərələri çəkməyə çalışarkən sürüşərək şəlaləyə yıxılıb.

"Unikal" “India Today”-ə istinadən xəbər verir ki, hadisəni zərərçəkənin dostu videoya qeyd edib.

O, Kodaikanaldakı şəlalənin kənarında dayanıb və dostundan onun şəkilini çəkməsini xahiş edib. Dostundan təbiət mənzərələrini də lentə almasını xahiş edən zərərçəkən qəfil büdrəyərək müvazinətini itirib və qayadan aşağı sürüşüb. Kişi daşa yapışmağa çalışsa da, bir neçə saniyədən sonra suya düşüb.

Hadisə şahidləri yerli polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər həmin şəxsin axtarışlarına başlayıb.