Fransanın baş naziri Elizabet Borne dünyada ayrı-seçkiliklə mübarizə səyləri çərçivəsində LGBT+ hüquqları üzrə yeni səfir vəzifəsinin yaradıldığını elan edib.

"Unikal" xəbər verir ki, baş nazirin sözlərinə görə, ilin sonuna kimi səfir təyin olunacaq və o, xüsusən homoseksuallığın və trans kimliyin universal dekriminallaşdırılmasına cavabdeh olacaq.

O, həmçinin Fransada artıq mövcud olan 35 LGBT+ mərkəzinə əlavə olaraq on yeni LGBT+ mərkəzini maliyyələşdirmək üçün 3 milyon avroluq fond elan edib.