Ağstafada 37 yaşlı kişi özünü güllələyərək öldürüb.

"Unikal"ın məlumatına görə, rayonun Köçvəli kənd sakini 1985-ci il təvəllüdlü Elsəvər Şəmkiyev ov tüfəngi ilə özünə atəş açıb.

O, hadisə yerində dünyasını dəyişib. 37 yaşlı kişinin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov