Ukrayna Xarici İşlər Nazirliyi 225 xalq deputatının diplomatik pasportlarının etibarsız sayılmasının səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki,  bu  barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıbş 

"Diplomatik pasportlar Ukraynanın xalq deputatlarına yalnız rəsmi ezamiyyətlər üçün verilir", deyə  açıqlamada qeyd olunub. 

Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə təsdiq edilmiş diplomatik pasportlar haqqında müddəalara əsasən, diplomatik pasportlar ezamiyyətdən qayıtdıqdan sonra on gün müddətində saxlanılmaq üçün Xarici İşlər Nazirliyinə qaytarılmalıdır.