İsrail ordusu iki gündür ki, mühasirədə olan Qəzza zolağından 449-a yaxın raket atıldığını, onlardan 81-inin Qəzzaya, 14-nün isə dənizə düşdüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbənin atılan raketlərə qarşı müvəffəqiyyət nisbətinin 95 faiz olduğu bildirilib.

Açıqlamada, Qəzza zolağından minaatan və raketlərin atıldığı əsası ilə bəzi nöqtələri havadan və qurudan hədəf almağa davam etdikləri, “silah və sursat anbarları, hərbi bazalar, təlim mərkəzləri və silah emalatxanalarını vurduqları bildirilib. 

Açıqlamaya görə, Askalan (Aşkelon) sahil şəhəri, Təl-Əviv və Qəzza zolağının yaxınlığındakı ərazilərdə həyəcan siqnalı verilib. Dəmir Qübbə sistemləri raketləri məhv edərkən Tel-Əvivdə partlayış səsləri eşidilib.

İsrail mətbuatında yer alan xəbərə görə, Askalanda düşən raket ətrafdakı avtomobillərə ziyan vurub. Qəzza zolağının yaxınlığındakı Sderot şəhərində Qəzzadan atılan raketlərə qarşı Dəmir Qübbə hava sistemləri atılıb. Qəzzadan atılan minaatan nəticəsində Sderot ətrafındakı açıq sahədə bəzi ərazilərdə tüstünün yüksəldiyi müşahidə edilib.