“Ermənistan Hava Yolları" şirkətində təyyarə çatışmazlığı özünü göstərir.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktoru Gevorq Xaçatryan deyib.

O bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bəzi icarəçilər öz təyyarələrini geri çağırmağa başlayıblar. Bu isə bir çox aviaşirkətdə, o cümlədən Ermənistanda təyyarə çatışmazlığına səbəb olub.