Mübariz Mənsimov ən varlı neçənci türkdür?

Forbes jurnalı 2013-cü il üzrə “Ən varlı 100 Türk” siyahısını tərtib edib. Modern.az-ın məlumatına görə, zənginlər arasında azərbaycanlı iş adamı Mübariz Mənsimovun da adı var. “Palmali” Şirkətlər Qrupunun prezidenti siyahıda 29-cu yerdədir.
2012-ci ildə siyahıda 20 milyarder olsa da, 2013-cü ildə bu rəqəm 28-ə yüksəlib. Türkiyənin ən zəngin iş adamı isə “Doğuş” Holdinqin sahibi Fərid Şahəngdir.