Yevlaxda hərbçilər qəzaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhərində Yun zavodunun yaxınlığında baş verib. Qarşısına it çıxan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Zaur Abdullayev, Elnur Məmmədov və İzmir Yanalıyev yaralanaraq xəstəxanaya çatdırılıb. Hər üç yaralı hərbi qulluqçudur.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov