Ukraynanın Xalq artisti İqor Krutoy anasının ayağı sındığı üçün Mayamidə xəstəxanaya yerləşdirilməsi ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, bir çoxları onu anasının xəstəxanalıq olmasında əli olduğunu iddia edib. 

"Yazdılar ki, İqor Krutoy öz qayığı ilə anasını xəstəxanaya aparıb. İddiaya görə, onlar köpək balığı ilə toqquşub, qayıq aşıb. Anam buna görə komadadır, Allah eləməsin. İqorun vəziyyəti ağırdır" deyə, onun bacısı bildirib:

"İqor Krutoyun qayığı yoxdur. İqor Krutoy Mayamidə deyil. Anam xəstəxanadadır, amma köpək balığını heç yerdə görməyib. Bunu düşünən adama deyə biləcəyim ədəbsiz sözlərin yetərsiz olduğunu düşünürəm".

Bacısı əlavə edib ki, onun ayağının sınmasının İqorla heç bir əlaqəsi yoxdur. Yaşlı qadın uzun müddətdir oğlundan ayrı yaşadığı Amerikadakı evində yıxılıb və 88 yaşlı anasının əməliyyatı yaxşı keçib və hazırda xəstəxanadadır.