Türkiyəli aktrisa Özge Gürellə həyat yoldaşı aktyor Serkan Çayoğlunun toyu baş tutub.

"Unikal" xəbər verir ki, iyulun 16-da Almaniyada nikaha girən  cütlük bu gün İtaliyada özlərinə toy edib. Mərasim Verona şəhərində ikilinin yaxınları və dostlarının iştirakı ilə baş tutub.

Qeyd edək ki, Özge və Serkan "Kiraz mevsimi" serialının çəkilişləri zamanı tanış olublar.