Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücumu tənqid edən dünya şöhrətli yazıçı JK Roulinq ölümlə hədələnib. 

"Unikal" xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən konfrans zamanı Hindistan əsilli ingilis yazıçı Salman Rüşdinin bıçaqla hücumuna reaksiya verən dünyaca məşhur "Harri Potter"in yazarı ingilis yazıçı JK Roulinq ölümlə hədələnib.

Roulinq Rüşdinin hücumunu tənqid edib və sosial media hesabında yazıb: “Bu, dəhşətli xəbərdir. İndi özümü çox dəhşətli hiss edirəm. Onun yaxşı olduğuna əmin olun”.

Roulinqin paylaşımı üzərinə “Meer Asif Asiz” adlı Twitter istifadəçisi Roulinqə “Narahat olma, növbə sənindir” cavabını verib. Roulinq həmin şəxsdən gələn təhdid mesajlarını sosial media hesabında paylaşaraq, polisin bu təhdidlərə cavab verəcəyini bildirib. "Biz onlayn təhlükə barədə məlumat almışıq və məmurlar araşdırma aparır", - polisin açıqlamasında deyilir.

Bildirilib ki, “Meer Asif Asiz” adlı Twitter istifadəçisi də Rüşdini bıçaqlayan hücumçunu tərifləyən mesajlar dərc edib, daha sonra o, Roulinqə göndərdiyi təhdid mesajını silib.

Britaniyalı yazıçı Roulinq 1997-ci ildə yazdığı Harri Potter kitab seriyası ilə tanınır. 57 yaşlı Roulinqin 7 seriyalı Harri Potter kitabı da film seriyası olaraq dünyada ən populyar əsərlər sırasındadır.