Nijni Novqorod vilayətində sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Müəyyən edilib ki, Nijni Novqorod vilayətinin Semenovski rayonundakı uşaq sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qurumun əməkdaşlarını dindirir, yemək və sudan nümunələr götürüblər. İş üzrə ekspertizalar təyin edilir, hadisənin bütün halları müəyyən edilir.