"Çelsi" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

"Unikal" xəbər verir ki, London klubu "Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmağa çalışır. "Zadəganlar" forvard üçün qarşı tərəfə 27 milyon avroluq təklif göndərib. Bu barədə ispaniyalı idman jurnalisti Jerard Romero məlumat yayıb. 

Xəbərdə o da bildirilir ki, Xavi qabonlu oyunçunun komanda qalmasını istəyir.

"Barselona"nın isə Obameyanq üçün 30 milyon avro tələb etdiyi deyilir.