Çayxanada düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında Qax rayonunun Əmbərçay kənd ərazisində yerləşən çayxanada Sahib Muxtarov və Murad Muxtarov arasında mübahisə yaranıb. Bu zaman Qax şəhər sakini M. Muxtarov  S. Muxtarovu bıçaqlayıb.

Yaralı Qax rayon Mərkəzi xəstəxanasına çatdırılıb və həkimlər onun vəziyyətini nəzərə alaraq dərhal cərrahiyə əməliyyatına alıblar.

Yaralının vəziyyətinin ağır oldugu bildirilir.

Faktla bağlı araşdırma aparılır.