Dizayner Giorgio Armani baş verən iki təbii yanğın səbəbindən İtaliyanın Pantelleria adasındakı evlərini limandakı gəmilərdən birində evakuasiya etmək məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Adanın rəhbəri Vinçenzo Kampo bildirib ki, iki yanğın demək olar ki, söndürülüb və ilkin məlumatlara görə, heç bir evə ziyan dəyməyib.

Onun sözlərinə görə, Pantelleria səhər saatlarında normal həyatına qayıdıb. Armani mətbuat xidmətində yanğının onların bağ evinə çatmadığını bildirib.

Təxliyədən əvvəl o, dostları ilə orada dincəlirdi. Bir-birindən 400 metr aralıda başlayan yanğınların ilkin səbəbi araşdırılır. Yanğının söndürülməsi üçün Canadair təyyarələri, eləcə də yerüstü yanğınsöndürmə briqadaları istifadə olunub.

Qeyd edək ki, Pantelleria adası Siciliya ilə Tunis arasında yerləşir və bu, məşhur istirahət yeridir.