Uqandada 24 yaşlı gənc Ebola virusundan ölüb. Virusun nadir Sudan variantı olduğu öyrənilib 

"Unikal" xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi açıqlama yayıb. 

Məlumata görə, Mubende bölgəsindən olan şəxsdə Ebola virusu aşkarlanıb. 24 yaşlı gənc oğlan xəstəxanaya yerləşdirilsə də, onun həyatını  xilas eymək mümkün olmayıb. 

Qeyd edək ki,  2000-ci illərin əvvəllərində Uqandada yüzlərlə insanın ölümünə səbəb olan virus son olaraq 2012-ci ildə 17 nəfərin həyatına spn qoyub. 

Uqanda Səhiyyə Nazirliyi ölkəsində  virusun artacağından narahat  olduğunu açıqlayıb. 

Gülayə  Mecid