Özünü elan etmiş Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR), eləcə də Zaporojye və Xerson ərazilərində Rusiya Federasiyasına qoşulmaq üçün referendumlar keçirilərsə, Aİ ölkələrinin hakimiyyət orqanları anti-Rusiya sanksiyalarının yeddinci paketinin qəbulu ilə bağlı razılığa gələ bilər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmiləri izah edib. 

Qeyd olunub ki, yeni tədbirlər ilk növbədə səsvermənin keçirilməsində iştirak edən şəxslərə təsir edə bilər.

Ağarza Elçinoğlu