"Qərbin məqsədi Rusiyanı SSRİ kimi məhv etməkdir". 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin xalqa müraciətində deyib. 

Onun sözlərinə görə, Qərbin məqsədi bizim ölkəmizi zəiflətmək, bölmək və son nəticədə məhv etməkdir. 

"Qərbdə 1991-ci ildə SSRİ-ni dağıtmağa nail olduqlarını, indi isə Rusiyanın vaxtının çatdığını açıq şəkildə bildirirlər. Qərbin məqsədi odur ki, Rusiya bir-biri ilə düşmənçilik edən çoxlu region və vilayətlərə ayrılmalıdır”.