Türkiyənin Marmaris kurortunda meşə yanğını baş verib.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, yanğına qarşı yerdən və havadan mübarizə aparılır. 

Məlumata görə, yanğın Yalancıboğazda meşə sahəsində başlayıb, onun səbəbi hələ müəyyən edilməyib.

Yanğının söndürülməsində Muğla Regional Meşə Təsərrüfatı İdarəsinin helikopterləri, çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub. 

Ağarza Elçinoğlu