Sentyabrın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və hava paradı Fars körfəzində keçiriləcək. 

"Unikal" xəbər verir ki, bunu SEPAH-ın rəsmi nümayəndəsi, general Ramazan Şərif deyib.

Onun sözlərinə görə, eyni zamanda Tehranda da İran ordusunun paradı keçiriləcək.

Şərif qeyd edib ki, qarşıdan gələn parad seriyasına 1400-dən çox gəmi və freqat, o cümlədən bu yaxınlarda nümayiş etdirilən "Şahid-e Soleimani" sualtı gizli gəmisi də cəlb olunacaq.

Qeyd edək ki, İranda əxlaq polisinin qadını döyərək öldürməsi fonunda etiraz aksiyaları başlayıb. 

Ağarza Elçinoğlu