Pakistanın Bəlucistan əyalətində hərbi helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2-si mayor olmaqla 6 şəxsi heyət həlak olub. 

Pakistan ordusundan verilən açıqlamada helikopterin naməlum səbəbdən Bəlucistan əyalətinin Harnai bölgəsində qəzaya uğradığı bildirilib. 

Qəzanın baş vermə səbəbi araşdırılır. 

Gülayə  Mecid