ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarını həyat və sağlamlıqlarına təhlükə olduğuna görə Ukrayna ərazisini tərk etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti nümayəndəliyin rəsmi səhifəsində məlumat yayılıb.

"ABŞ səfirliyi vətəndaşlarını təhlükəsiz bir zaman yarandığı halda şəxsi yerüstü nəqliyyatından istifadə edərək Ukraynanı tərk etməyə çağırır", - məlumatda deyilir.

Ağarza Elçinoğlu