Gorus-Qafan yolu Ermənistanın sərhədləri daxilində deyil. O, Ermənistan parlamentinin 2010-cu ildə qəbul etdiyi "İnzibati ərazi bölgüsü haqqında" qanunda Ermənistanın sərhədlərinə daxil edilməyib.

"Unikal" xəbər verir ki, bunu Erməni deputat Vaaqn Aleksanyan brifinqdə jurnalistin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sualını şərh edərkən deyib. 

Yolun niyə 30 il Ermənistan Respublikasının ərazisində olması sualına Aleksanyan belə cavab verib: "Bu, birinci Qarabağ müharibəsindəki qələbə ilə bağlıdır".

Ağarza Elçinoğlu