Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, respublika prezidenti Vaaqn Xaçaturyan, Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və Milli Assambleyanın "Mülki müqavilə" fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.

Görüşdə Ermənistanın qarşısında duran vəzifələr və onların aradan qaldırılması üçün gələcək addımlar müzakirə olunub.

Ağarza Elçinoğlu