Yaroslavl vilayətinin Nekrasovski rayonunda Rusiya Hərbi Dəniz Donanmasının (VMF) 6-cı Arsenalının anbarında güclü yanğın baş verib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Burmakino kəndində qeydə alınan yanğın nəticəsində bir işçi ölüb, iki nəfər yaralanıb. 

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, 33 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanıb. 

Ağarza Elçinoğlu