Qafanda İran konsulluğunun açılmasında məqsəd Ermənistan-İran münasibətlərinə yeni təkan verməkdir.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın İcana xəbər agentliyinə müsahibəsində deyib. 

"Şimal-Cənub tranzit yolunun möhkəmlənməsinə kömək edəcək bu addım iki ölkə arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə atılıb. İran konsulu artıq Qafanda fəaliyyətə başlayıb", - XİN rəhbəri bildirib. 

Qeyd edək ki, sentyabrın 30-da İranın Qafan şəhərində yeni təyin olunmuş baş konsulu Morteza Abedin Varamini konsulluq lisenziyasını Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təhvil verib. 

Ağarza Elçinoğlu