İsveçdən Polşaya elektrik enerjisinin ötürülməsi qəzaya görə dayandırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsveç tərəfinin nümayəndəsi məlumat verib. 

"Gecə saatlarında İsveçdən Polşaya elektrik enerjisinin ötürülməsi dayandırılıb. Qəza İsveç stansiyalarından birində aşkarlanıb", - məlumatda deyilir.

Danimarkanın Bornholm adası da elektrik enerjisinin kəsilməsi ilə üzləşib. 

Danimarka qəzanın bu gün aradan qaldırılacağına ümid edir. 

Ağarza Elçinoğlu