Ukrayna Belarusla sərhəddə istehkamlar yaradır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama yayıb. 

"Ukrayna daxili işlər nazirinin müavini İqor Bondarenko Belarusla sərhədin bir hissəsinə baxış keçirib, bölmələrin potensial təcavüzün qarşısını almaq üçün hazırlığını yoxlayıb. İstehkamlar fəal şəkildə yaradılır, struktur bölmələri gücləndirilir, Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələri arasında qarşılıqlı əlaqə işlənir", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu