Konqresmen Kris van Hollen Türkiyə ilə Liviya arasında karbohidrogen sahəsində əməkdaşlığa dair oktyabrın 3-də Tripolidə imzalanan anlaşma memorandumunu “təxribat aktı” adlandırıb.

"Unikal" xəbər verir ki, Hollen yunan mediasına xitabən bildirib ki, Liviya ilə imzalanan anlaşma memorandumu Türkiyənin Şərqi Aralıq dənizində yeni təxribatçı hərəkətidir.

Konqresmen iddia edib ki, problem Ərdoğan Türkiyəsinin siyasətidir: “O, Rusiyaya, Putinə çox yaxındır. Rusiya, Kipr və İŞİD-ə qarşı döyüşən suriyalı kürd qardaşlarımızla bağlı siyasəti bizim və NATO-nun maraqlarına zərbə vurur”.

“Türkiyə Yunanıstana hücum edərsə ABŞ nə edəcək?” sualına Hollen belə cavab verib: “Ümid edirəm, Bayden hökuməti Türkiyə tərəfinə belə bir vəziyyətin ağır nəticələr verəcəyini bildirib”.

Qeyd edək ki, Demokrat Partiyasından olan Hollen yunan lobbi qruplarına yaxın siyasi fiqur kimi xarakterizə olunur.

Gültəkin Ələsgər