Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.

"Unikal" bu barədə TASS-a istinadən xəbər verir.

Mətndə qeyd edilir ki, tövsiyələr regionda artan gərginlik və hərbi inkişafla bağlıdır. Nazirlikdə vurğulandığı kimi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı “evakuasiya əhəmiyyətli dərəcədə çətin və hətta qeyri-mümkün ola bilər”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilə Polşadan olan həmkarı Anjey Duda arasında təcili məsləhətləşmələr aparıldığı bildirilib.

Bu məlumatı Ukrayna lideri də təsdiqləyib, öz Twitter səhifəsində Duda ilə gələcək addımlar barədə razılaşdığını yazıb. Zelenskinin sözlərinə görə, beynəlxalq dəstəyin möhkəmləndirilməsi və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə işlər müzakirə edilib.

Ramil Zeynallı