Avropa İrana Şengen vizasını dayandırdı. 

"Unikal" xəbər verir ki, son günlərdə bir sıra Avropa səfirliklərinin “konsulluq şöbəsi”nin fəaliyyətini dayandırıblar. Bu barədə İranın səyahət xidmətləri ofisləri ticarət assosiasiyasının rəhbəri Hörmətullah Rəfii deyib.

Onun sözlərinə görə, bəzi Avropa səfirlikləri, xüsusən də Şengen bölgəsi, rəsmi bildiriş olmadan, daha çox qeyri-rəsmi bildirişlə, viza müraciətlərinə baxılmasını dayandırıblar və Şengen vizasının verilməsi prosesini dondurublar.

Gültəkin Ələsgər