Fransa öz texnikası və əsgərləri ilə NATO-nun Şərqi Avropada müdafiəsini gücləndirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornun bəyanat yayıb. 

O cümlədən, bölgənin bir neçə ölkəsinə tanklar və piyadaların döyüş maşınları göndəriləcək.

Nazirin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumları fonunda oktyabrın 10-da bazar ertəsi bir sıra Şərqi Avropa ölkələrində qoşun yeritmək qərarına gəlib.

Nazir bildirib ki, Fransa Rumıniyaya gücləndirilmiş zirehli piyada texnikası, eləcə də Şarl Lekler tanklarından ibarət eskadron göndərəcək. Artıq orada 750-yə yaxın fransız əsgəri yerləşdirilib.

Lecornun onu da qeyd edib ki, "Rafael" qırıcıları Litvada, gücləndirilmiş yüngül piyada rotası isə Estoniyada yerləşdiriləcək.

Ağarza Elçinoğlu