Kral III Çarlzın tacqoyma mərasiminin vaxtı məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Bildirilib ki, mərasim gələn il mayın 6-da Londonda “Westminster Abbey”də keçiriləcək. 

Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.