"Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, 8-i saxlanılıb.

"Hazırda cinayət işi çərçivəsində terrorun hazırlanmasında iştirak etmiş beş Rusiya, iki Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb. Ukrayna vətəndaşları 1975-ci il təvəllüdlü Tsyurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç  və Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Artur Terçanyana qarşı cinayət işi açılıb", - deyə məlumatda bildirib. 

Gülayə Mecid