Ukraynaya daha dörd HIMARS reaktiv yaylım atəşi sistemi gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" səhifəsində yazıb.

"Amerikalı tərəfdaşlarımızdan daha 4 HIMARS gəldi! Co Bayden, Lloyd Austin və Amerika xalqına təşəkkür edirəm", - nazir qeyd edib. 

Ağarza Elçinoğlu