Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya gedib.

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, Ankara Esenboğa hava limanından havaya qalxan təyyarənin günorta saatlarında Astanaya çatacağı gözlənilir.

Türkiyə lideri bu gün Astanada Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü Toplantısında iştirak edəcək.  O, oktyabrın 13-də Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin 6-cı Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək.

Ağarza Elçinoğlu