Astana hava limanından şəhər mərkəzinə gedən magistral yol gücləndirilmiş polis bölmələri tərəfindən patrul edilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yollarda pulemyotlarla təchiz edilmiş zirehli texnikalar da görünüb.

"Zirehli texnikası olan bir hərbi post Qazaxıstan paytaxtının hava limanının yaxınlığında yerləşir. Bundan başqa, hava limanını şəhərlə birləşdirən magistral yolda da oxşar zirehli maşınlar görünüb. Polis zabitləri və Milli Qvardiyanın əsgərləri hava limanından yol kənarlarında növbətçilik edirlər", - məlumatda deyilir. 

Qeyd edək ki, Qazaxıstanın paytaxtı bu gündən etibarən 3 gün müddətində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. 

Ağarza Elçinoğlu