Qışda qitəyə soyuqların bu dəfə tez - dekabrda gəlməsinə baxmayaraq, Avropada vəziyyət havadan asılı olacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” yazır.

Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin Kopernik İqlim Dəyişikliyi Xidmətinin rəhbəri Karlo Buontempoya istinad edən nəşrə görə, yeni proqnoz Miladdan əvvəl “çox şiddətli soyuqların” ehtimalını göstərir ki, bu digər illərə nisbətən daha yüksəkdir.

Qeyd olunur ki, Avropada qarşıdan gələn qış son 20 ilin ən soyuq qışlarından birinə çevrilə və Rusiyanın Aİ siyasətçilərinə qarşı ən təsirli vasitəsi kimi istifadə oluna bilər.

Bundan əlavə, “Politico” yazır ki, soyuqlar qiymətlərin artması və Aİ ölkələrinin Kiyevə yardım etmək əzminin azalması səbəbindən iğtişaşlara səbəb ola bilər. Həmçinin, Avropa ölkələrində həddindən artıq aşağı temperaturda anbarlardan qazın paylanması problemi yarana bilər ki, bu da yüksək enerji xərcləri tələb edən müxtəlif müəssisələrə təsir göstərəcək.

Bundan əvvəl “Qazprom”un rəhbəri Aleksey Miller bildirmişdi ki, bu qış soyuq havanın pik dövründə bütün Avropa şəhərləri dona bilər.

Ramil Zeynallı