Papua-Yeni Qvineyanın Yeni İrlandiya bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya görə, Papua Yeni Qvineya yaxınlığındakı Yeni İrlandiya bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. 

Zəlzələnin 100 km dərinlikdə olduğu müəyyən edilib.

Seymur Əli