Monteneqronun xarici işlər və müdafiə nazirlərinin Rusiyaya girişi qadağan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyindən Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Monteneqronun xarici işlər naziri Ranko Krivokapiçə, müdafiə naziri Rasko Koneviçə və Milli təhlükəsizlik agentliyinin keçmiş direktoru Savo Kentereyə Rusiya Federasiyasına girişin qadağan edilməsinə dair nota göndərilib", - mesajda deyilir.

Agentlik qeyd edib ki, bu tədbir Monteneqro tərəfinin sentyabrda Rusiyanın Podqoritsadakı səfirliyinin diplomatlarını persona non-qrata elan etmək qərarına cavabdır.

Ağarza Elçinoğlu