"Ermənistanla hələ ki razılıq yoxdur. Xüsusi nümayəndələrimiz 4 dəfə görüşüblər". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bundan sonrakı toplantılar Türkiyə və ya Ermənistanda olacaq.

"Əsas problem Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmamasıdır. Azərbaycanla koordinasiyalı addım atırıq", - deyə o, vurğulayıb.