Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon əlaqəsi saxlayıb.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki,  telefon danışığı zamanı Borrell AB-nin mülki missiyasının yerləşdirilməsi üçün davam edən texniki hazırlıqlar haqqında məlumat verib və bu missiyanın tez zamanda regiona gəlişini təmin etmək üçün AB-yə üzv dövlətlərlə əlaqə qurmaq əzmini vurğulayıb.